Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Viktor Orban COP29-da iştirak edəcək

Baxış: 164
Viktor Orban COP29-da iştirak edəcək


COP29-da Macarıstanı ölkənin Baş naziri Viktor Orban təmsil edəcək.
Sahibkartv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Macarıstanın Azərbaycandakı Səfiri Tamaş Torma Macarıstanın Milli günü münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.
“O, bir ildən az müddətdə Azərbaycana üçüncü dəfə səfər edəcək. COP29 böyük çağırışdır. Azərbaycan bizim hamımızın xeyrinə çox təsir edici bir iş görür. Şübhə yoxdur ki, Macarıstan və Macarıstan səfirliyi Azərbaycanın sədrliyinin məqsədlərinə tam dəstək verir və biz əminik ki, Azərbaycan tədbirə uğurla ev sahibliyi edəcək”- deyə səfir qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.