Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İsrail İranın maşınqayırma zavodunu vurdu

Baxış: 187
İsrail İranın maşınqayırma zavodunu vurdu


İsrail aviasiyası Suriyanın Homs əyalətinin Hesya şəhərində yerləşən İranın Saba maşınqayırma zavoduna raket  zərbəsi endirib.

Bu barədə Hesya sənaye şəhərinin direktoru Amer Xəlil məlumat verib.

“İsrail Hesya sənaye şəhərindəki Saba maşınqayırma zavoduna havadan zərbə endirib edib", - o qeyd edib.

"Al Hadath” xəbər verir ki, zərbə Suriya ordusunun silah anbarlarına yönəlib. 

SANA bildirir ki, İsrail hərbçiləri Suriyanın Homs əyalətində avtomobil zavoduna hücum edib. Agentliyin məlumatına görə, hücum zamanı xəsarət alan olmayıb.

Əl-Cəzirə eyni vaxtda dörd yaralı olduğunu qeyd edir.

SANA agentliyi onu da bildirib ki, Homsun şimalında yerləşən Həmadakı hərbi obyekt də hücuma məruz qalıb. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.