Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ermənistanın İran və Türkiyə ilə sərhədi barədə qərar verildi

Baxış: 182
Ermənistanın İran və Türkiyə ilə sərhədi barədə qərar verildi


Gələn ilin yanvarın 1-dən etibarən Ermənistan-İran və Ermənistan-Türkiyə sərhəd xətləri boyunca xidmət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti ilə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin hərbçiləri tərəfindən birgə təşkil olunacaq.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhədçiləri Ermənistanın Türkiyə ilə sərhədinin qorunmasını rusiyalı həmkarları ilə birgə təmin edəcəklər.

Ermənistanla İranın sərhəd bölgəsində yerləşən nəzarət-buraxılış məntəqəsində isə bilavasitə Ermənistan sərhədçiləri keşik çəkəcək.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti İrəvanın “Zvartnots” keçid məntəqəsində dövlət sərhədinin mühafizəsi funksiyasını bu il avqustun 1-də Ermənistan tərəfinə verib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.