Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ərdoğan Putinə ad günündə xüsusi hədiyyə göndərib - Köməkçisi açıqladı

Baxış: 244
Ərdoğan Putinə ad günündə xüsusi hədiyyə göndərib - Köməkçisi açıqladı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə ad günündə xüsusi hədiyyə göndərib.
Sahibkartv.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib. O, Ərdoğanın hədiyyəni Putinlə ötən gün telefonla danışmazdan əvvəl göndərdiyini bildirib.
"Türkiyə prezidenti dünənki telefon danışığından əvvəl xüsusi olaraq hədiyyə göndərdi. Bu, gözəl türk hədiyyəsi idi" – Uşakov söyləyib.
O, hədiyyənin məzmunu barədə məlumat verməyib.
Ərdoğanın Putinə göndərdiyi hədiyyənin dövlət işçilərinin qəbul edə biləcəyi 3000 rubl limitindən aşağı olub-olmamasına gəlincə isə Uşakov “limitdən bir az çoxdur” deyib.
Putinin ad günü üçün başqa hədiyyələr alıb-almadığını soruşduqda rusiyalı rəsmi təfərrüatları açıqlamadan “hədiyyələr var idi” deməklə kifayətlənib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.