Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İsrail şərtini açıqladı: Yalnız bu halda dayanacağıq!

Baxış: 196


Yəhudi dövlətinin şərtləri yerinə yetirilməyənə qədər İsrail Livanda atəşkəsə razı olmayacaq.
Sahibkartv.az "Kan"a istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Katzın Almaniya, Britaniya, İtaliya və Kanada da daxil olmaqla 25 ölkədən olan həmkarlarına müraciətində deyilir.
"İsrailin atəşi dayandırmasının yeganə məqbul yolu "Hizbullah"ı Litanidən (Livanın cənubundakı çay) şimala qovmaq və onu tərksilah etməkdir", - Katz vurğulayıb.
Qeyd olunur ki, yalnız BMT Təhlükəsizlik Şurasının Livanla bağlı bütün qətnamələrinin tam yerinə yetirilməsi atəşkəsə gətirib çıxaracaq. Əks halda, nazir əlavə edib ki, İsrail “vətəndaşların təhlükəsizliyini və şimal sakinlərinin evlərinə qayıtmasını təmin etmək üçün fəaliyyətini davam etdirəcək”.
İsrailli nazir vurğulayıb ki, İran İsrailə hücum edərsə, sonuncu cavab olaraq hücuma keçəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.