Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Robot polis cinayətkarı ABŞ-da yaxalayıb

Baxış: 224
Robot polis ABŞ-da sürprizə səbəb olub. Texas ştatının Lubbock şəhərində şərti azadlığı pozduğuna görə həbs qərarı olan 39 yaşlı Feliks Delarosa onun üçün otelə gələn polisə atəş açıb. Komandalar qarşıdurma səbəbilə Delarosanın qaldığı otağın önünə robot polis göndərərkən, 39 yaşlı təcavüzkar robotun üzərinə çarşaf atıb. Çarşafdan azad olan robot polis Delarozanı otağa gözyaşardıcı qaz ataraq zərərsizləşdirib.

Qeydə alınan görüntülərdə qazdan təsirlənən Delarosanın otağın pəncərəsindən sürünərək çölə çıxdığı görülüb. Şübhəlinin otaqdan çıxdığını anlayan robot polis Delarozanın üstünə cumaraq onun qaçmasına mane olub. Robot tərəfindən tutulan Delarosa hadisə yerinə gələn qruplar tərəfindən yaxalanıb.

Delarosa 2017-ci ildə nəzarət edilən maddənin istehsalı və çatdırılmasına görə 20 il həbs cəzasına məhkum edilib. Dövlət həbsxana sənədlərinə görə, Delarosa 2022-ci ilin aprelində həbsxanadan şərti azad edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.