Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Donald Trampdan 3-cü Dünya Müharibəsi xəbərdarlığı

Baxış: 194
ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından yenidən prezidentliyə namizəd Donald Tramp Ukraynanın Rusiya ərazisində irəliləməsinin dünya müharibəsinə səbəb ola biləcəyini iddia edib. Tramp "Ukraynada baş verənlərə baxın. Onlar Rusiya ərazisində irəliləyirlər. 3-cü Dünya Müharibəsi olacaq" deyib.

"Bütün dünya çaşqınlıq içindədir. Əgər tez bir zamanda bir şey edilməsə, biz 3-cü Dünya Müharibəsi ilə üzləşəcəyik. Bu, nüvə enerjisi və digər mövcud imkanlara görə əvvəlki dünya müharibələri kimi olmayacaq", - Tramp deyib.

Tramp 2021-ci ilin avqustunda Kabil hava limanında terror aktı nəticəsində həyatını itirən ABŞ əsgərlərinin ailələri ilə Arlinqton Milli Qəbiristanlığında görüşüb və anım mərasimində iştirak edib. Tramp açıqlamasında deyib: “Üç il əvvəl Kəmalə və Baydenin səriştəsizliyi 13 döyüşçünün ölümünə, yüzlərlə dinc sakinin öldürülməsinə və ağır yaralanmasına və 85 milyard dollar dəyərində dünyanın ən yaxşı hərbi texnikasının Talibana buraxılmasına səbəb oldu.

ABŞ ƏFQANISTANDAN ÇIXIŞI

2021-ci ilin avqustunda Taliban Əfqanıstanda bir çox bölgəni ələ keçirdikdən və irəliləyişlərini davam etdirdikdən sonra ABŞ prezidenti Co Bayden Kabildəki əsgərlərin təxliyəsi əmrini verdi. Təxliyyə çox xaotik şəkildə aparılıb və xaosa səbəb olub. Taliban ölkəyə nəzarəti ələ keçirdikdən sonra prezident Əşrəf Qəni Əhmədzay ölkəni tərk edib.

2021-ci il avqustun 26-da Kabil hava limanında törədilən terror aktı nəticəsində evakuasiya dövründə 13-ü ABŞ əsgəri və 169-u Əfqanıstan vətəndaşı olmaqla 182 nəfər həyatını itirib. Hücumdan bir neçə saat əvvəl ABŞ rəsmiləri öz vətəndaşlarına hava limanını tərk etmələri ilə bağlı xəbərdarlıq etmiş, Britaniyanın keçmiş Silahlı Qüvvələr naziri Ceyms Heppi isə hava limanında DEAŞ terror təşkilatı üzvlərinin hücum təhlükəsi ilə bağlı xəbərdarlıq etmişdi. Bundan əlavə, hücumda 15-i ABŞ əsgəri olmaqla 200 nəfər yaralanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.