Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qonşuda su böhranı

Baxış: 226
SKAI FM-ə danışan Yunanıstan Su və Kanalizasiya İdarəsinin (EYDAP) prezidenti Yorgos Stergiu, Attiki bölgəsini su ilə təmin edən bəndlərin su səviyyəsində ciddi azalma olduğunu qeyd edib.


Bu bəndlərdən Mornosun su səviyyəsini yüksəltmək üçün digər bölgələrdən su çəkilməsi və qazma üsullarının planlaşdırıldığını bildirən Stergiu, Attiki sakinlərinin də sudan istifadə mövzusunda həssas olması lazım olduğunu vurğuladı.

Stergiu eyvanların və nəqliyyat vasitələrinin şəhər suyu ilə yuyulmamasını istəyib. Son 9 ayda mövsüm normalarının altında yağış yağan Yunanıstanda bənd və göl suyunun səviyyəsində əhəmiyyətli dərəcədə azalma müşahidə olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.