Braziliyanın San-Paulu ştatının Vinhedo şəhərində göyərtəsində 62 sərnişinin olduğu təyyarə qəzaya uğrayıb.
Reuters xəbər agentliyinin məlumatına görə, Voepass Hava Yollarına məxsus təyyarə Parana ştatının Kaskavel şəhərindən San-Paulusun Quarulhos şəhərinə gedirmiş.
Təyyarənin qəzaya uğradığını təsdiqləyən Sao Paulo Xilasetmə İdarəsi, qəza bölgəsinə qrupların göndərildiyini bildirib.
Sosial mediada paylaşılan görüntülərdə təyyarənin ağaclara çırpıldığı və ardınca tüstünün qalxdığı görünür.





































