Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiyada sərnişin qatarı relsdən çıxıb: 2 nəfər ölüb, çoxlu sayda yaralı var

Baxış: 218
Rusiyanın Volqoqrad vilayətində hərəkət edən sərnişin qatarının yük maşınına çırpılaraq relsdən çıxması nəticəsində 2 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bildirilib.

Rusiya Dəmir Yolları şirkətindən verilən yazılı açıqlamada Kazandan Adler bölgəsinə gedən sərnişin qatarının Volqoqradda qəzaya uğradığı bildirilib.

Açıqlamada qatarın yük maşını ilə toqquşması nəticəsində relsdən çıxdığı, 100-dən çox insanın yaralandığı, 16 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Rusiya İstintaq Komitəsi qəza ilə bağlı araşdırmaya başladığını bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.