Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nigeriyada imtahan zamanı məktəbin uçması nəticəsində 16 şagird ölüb

Baxış: 275
Nigeriyada məktəb imtahan zamanı uçması nəticəsində azı 16 şagird ölüb.

Plato əyalətinin Jos North bölgəsində iki mərtəbəli binanın çökdüyünü təsdiqləyən Milli Fövqəladə Hallar İdarəsi (NEMA) dağıntılar altında qalan “bir neçə tələbənin” həyatını itirdiyini açıqlayıb. “Hazırda NEMA və digər təşkilatlar axtarış-xilasetmə işləri aparır”, - məlumatda deyilir.


AFP-nin bölgədəki müxbirinin verdiyi məlumata görə, Müqəddəs Akademiya məktəbinin formasını geyinmiş ən azı 16 şagirdin cəsədi xəstəxanaya aparılıb. Onlarla insanın yaralandığı güman edilir.

The New York Times (NYT) dağıntılar altında qalan insanların sayının məlum olmadığını yazıb. NYT-yə danışan Hosea Donald adlı hadisə şahidi yolların pis olması səbəbindən təcili yardım maşınlarının məktəbə çatmaqda çətinlik çəkdiyini bildirib.


Sevinc Pamju adlı hadisə şahidi “6 tanışımız bu səhər məktəbə gedib. "Mən onlardan yalnız ikisini eşitdim" dedi.

Dağılmanın səbəbləri ilə bağlı hələlik heç bir izahat yoxdur. Digər tərəfdən, bölgə sakinləri hadisənin əyalətdə üç gün davam edən güclü yağışdan sonra baş verdiyinə diqqət çəkib.


Afrikanın ən sıx məskunlaşdığı Nigeriyada ciddi rayonlaşdırma qaydalarının olmaması, keyfiyyətsiz materiallardan istifadə və səhlənkarlıq ucbatından binaların çökməsi olduqca yaygındır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.