Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İyul ayında prezident Ərdoğandan sıx diplomatik trafik

Baxış: 297
Prezident Rəcəb Tayyib Ərdoğan iyul ayında intensiv diplomatiya proqramı həyata keçirəcək.

Əldə edilən məlumata görə, prezident Ərdoğan 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət və Hökumət Başçıları Zirvə toplantısında iştirak edəcək.

Ərdoğan iyulun 6-da Azərbaycanın Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirak edəcək.

Prezident Ərdoğanın iyul ayında sıx diplomatik gediş-gəlişinin ən əhəmiyyətli sütunlarından biri ABŞ olacaq.

Ərdoğan 9-11 iyul tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək NATO Liderlər Zirvəsinə qatılacaq.

İyulda keçiriləcək sammitlərdə Ərdoğanın həmkarları ilə çoxlu ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində atılacaq addımların da müzakirə olunacağı zirvələrdə Prezident Ərdoğanın ən mühüm gündəm maddələrindən biri Qəzza olacaq.

Sammitlərdə Rusiya-Ukrayna müharibəsi, terrorizmlə mübarizədə əməkdaşlıq, iqtisadi və ticari əməkdaşlıq da müzakirə olunacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.