Prezident Rəcəb Tayyib Ərdoğan Livanın Baş naziri Nəcib Mikati ilə telefon danışığı aparıb.
Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən açıqlamaya görə, görüşdə İsrailin Livana hücum və təhdidləri, İsrailin Qəzzaya hücumları və bölgədə artan gərginlik müzakirə edilib.
Prezident Ərdoğan görüşdə İsrailin təcavüzünün tez bir zamanda dayandırılmasının vacibliyini, İsrailin münaqişəni yaymaq cəhdlərinin son dərəcə təhlükəli olduğunu, Türkiyənin İsrailin təcavüzkar siyasətinə qarşı Livanın yanında olduğunu bildirib.
Prezident Ərdoğan həmçinin beynəlxalq ictimaiyyətin və İslam dünyasının regional və qlobal sülhü təhdid edən İsrailə çox gec olmadan “bəsdir” deməsi lazım olduğunu bildirib.





































