Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Çin daxili tələbatı üstələyən akkumulyator zavodları tikir

Baxış: 320



Çin daxili tələbatı üstələyən akkumulyator zavodları tikir 


Çin daxili tələbatı ödəmək üçün lazım olan gücü üstələyən akkumulyator zavodları tikir.
Sahibkartv.az xəbər verir ki, bu barədə İngiltərənin Financial Times qəzeti yazır.
Çin elektrik nəqliyyat vasitələrilə əlaqədar daxili tələbatı ödəmək üçün lazım olandan daha çox akkumulyator zavodları tikir.
Qəzetin fikrincə, bu, dövlətin böyük subsidiyalarından və bank kreditləşməsindən xəbər verir ki, bunun beynəlxalq Çin istehsalçılarının genişlənməsi üçün əsas rol oynayacağı gözlənilir.
Nəşrin yazdığına görə, Çin regionları hökumət subsidiyalarından yararlanmaq və akkumulyator istehsalı mərkəzlərinə çevrilmək üçün bir-biri ilə yarışır və gələcəkdə tələbatın kəskin artacağını gözləyirlər. 
Qəzetin fikrincə, 2027-ci ilə qədər artıq güc ölkənin tələbatından dörd dəfə çox olacaq. Çox güman ki, daha çox şirkət ixraca üz tutacaq və Çinlə Qərb arasında geosiyasi gərginliyi artıracaq.
Eyni zamanda, Avropadakı tədarük çatışmazlığı Çindəki həddindən artıq istehsal ilə kompensasiya edilə bilər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.