Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türk Lirəsinin ucuzlaşması yenidən sürətlənib

Baxış: 306



Türk Lirəsinin ucuzlaşması yenidən sürətlənib 


Bu həftə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) növbəti faiz qərarını açıqlayacaq. TCMB-nin hazırda 17,50% səviyyəsində olan uçot dərəcəsini daha da artıracağı gözlənilir.
Sahibkartv.az xəbər verir ki, Mərkəzi Bankın qərarını açıqlayacağı həftənin ilk günündə Türk Lirəsinin ucuzlaşması sürətlənib. Bakı vaxtı ilə saat 16:00-da Dollar/Türk Lirəsi məzənnəsi 27,20 lirə səviyyəsində olub. Bu gün Türk Lirəsi Dollar qarşısında 0,4% ucuzlaşıb.
24 avqust 2023-cü il tarixində keçiriləcək TCMB-nin Pul Siyasəti Komitəsinin iclasında faizin 2,50 bənd artırılaraq 20%-ə çatdıracağı gözlənilir. 
İqtisadçıların proqnozları 18,50% ilə 20% arasındadır.
İqtisadçılar 2023-cü ilin sonuda uçot dərəcəsinin 26,50%-ə çatacağını gözləyirlər.
TCMB ötən ay keçirilən iclasında faizini 2,50 bənd artıraraq 15 faizdən 17,50 faizə yüksəldib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.