
“Nəticədə kriptovalyutalara tələb artacaq ki, bu da öz növbəsində qiymətlərin artmasına səbəb ola bilər. Bəziləri "Bitcoin"in qiymətinin 35 min ABŞ dollarına kimi bahalaşacağını gözləyir. Lakin hesab edirəm ki, birinci kriptovalyutanın qiyməti təxminən 22 000-25 000 ABŞ dolları diapazonunda dəyişəcək”.
Ekspert hesab edir ki, "Bitcoin" güclü artımın ilkin mərhələsindədir: "Bu da dövri qiymət korreksiyalarını istisna etmir. ABŞ-nin Federal Ehtiyatlar Sistemi faiz artımını dayandırsa və növbəti mərhələdə faizləri azaltmaq istiqaməti tutsa, kriptovalyutaların qiyməti birmənalı şəkildə qalxacaq. Bu prosesin artıq sentyabr ayından başlaya və 2024-cü ilin noyabr ayına qədər davam edə biləcəyi gözlənilir".
Xatırladaq ki, hazırda kriptovalyuta bazarında ən bahalı aktiv "Bitcoin"dir. Onun bir tokeninin qiyməti 27 952 ABŞ dolları təşkil edir. Növbəti yerlərdə isə “Ethereum” (1 902 ABŞ dolları) və "Tether" (1 ABŞ dolları) qərarlaşıb.