Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyə 4 ayda 11 milyondan çox turist qəbul edib

Baxış: 357


Türkiyə 4 ayda 11 milyondan çox turist qəbul edib
Bu ilin yanvar-aprel aylarında Türkiyəyə 11,093 milyon nəfər turist səfər edib.
“Sahibkartv.az” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı məlumat yayıb.
Məlumata görə, 4 aylıq göstəricinin 85,9 %-ni və yaxud 9,534 milyon nəfərini xarici ölkə vətəndaşları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,5% çoxdur.
Hesabat dövründə Türkiyəyə ən çox Rusiyadan (1,153 milyon turist; 2,3 dəfə çox) turist gəlib. Növbəti yerlərdə Almaniya (966 min turist; 18,7% çox) və Bolqarıstan (797 min turist; 17,4 % çox) qərarlaşıb.
Təkcə aprel ayında isə Türkiyəyə 3,322 milyon nəfər xarici vətəndaş səfər edib ki, bu da 1 il əvvələ nisbətən 29 % çoxdur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.