Qlobal maliyyə xidmətləri şirkəti "JPMorgan Chase"in baş direktoru Ceymi Dimon (Jamie Dimon) ABŞ Mərkəzi Bankının (FED) inflyasiya üzərində nəzarəti müəyyən qədər itirdiyini və faiz dərəcələrinin 6 faizə çatacağını proqnozlaşdırdığını bildirib.
Sahibkartv.az xəbər verir ki, Dimon CNBC-yə deyib:
"FED sədri Pouelə böyük hörmətim var, lakin inflyasiya üzərində nəzarət qədər itirilib. FED, ehtimal ki, faiz artımını 5 faizdən bir qədər də yüksək səviyyəyə çatdıqda dayandıracaq. Daha yüksək səviyyəyə də qalxmalı ola bilər. Bu faiz 6-ya çata bilər".
Həmçinin Dimon faiz dərəcələrinin uzun müddət yüksək qalmasını "ehtimal" hesab etdiyini və 2 faizlik inflyasiya hədəfinə çatmağın bir qədər zaman tələb edəcəyini bildirib.
FED-in siyasət faizi hazırda 4,50-4,75% səviyyəsindədir. Bazar faizlərin maksimum 5,25-5,50 faizə qədər yüksələcəyini nəzərdə tutur.





































