22:13 / 25-11-2024
21:43 / 25-11-2024
21:18 / 25-11-2024
20:46 / 25-11-2024
20:23 / 25-11-2024
19:45 / 25-11-2024
19:18 / 25-11-2024
18:53 / 25-11-2024
18:24 / 25-11-2024
18:18 / 25-11-2024
17:42 / 25-11-2024
17:17 / 25-11-2024
16:41 / 25-11-2024
16:00 / 25-11-2024
15:30 / 25-11-2024
14:58 / 25-11-2024
14:22 / 25-11-2024
14:13 / 25-11-2024
13:42 / 25-11-2024
13:02 / 25-11-2024
12:38 / 25-11-2024
12:33 / 25-11-2024
11:45 / 25-11-2024
10:58 / 25-11-2024
10:54 / 25-11-2024
10:03 / 25-11-2024
09:59 / 25-11-2024
09:54 / 25-11-2024
09:50 / 25-11-2024
09:45 / 25-11-2024
Cari ilin iyul ayında Gürcüstanda illik inflyasiya 11,5 faiz olub. Bu da son 10 ildə ən yüksək göstəricidir.
Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, iyun ayı ilə müqayisədə illik inflyasiya 1,3 faiz azalıb.
Bununla belə ölkədə əsas istehlak mallarının qiymətində xeyli artım müşahidə olunub. Ən çox bahalaşma ərzaq məhsullarında və nəqliyyat sahəsində qeydə alınıb.
Bildirilir ki, hesabat dövründə çörək və çörək məmulatlarında 29,3 faiz, mineral və bulaq sularında, alkoqolsuz içkilər və şirələrdə 21,3 faiz, kofe, çay və kakao məmulatlarında 18,2 faiz, şəkər, mürəbbə və digər şirniyyat məhsullarında 18,1 faiz, yağ-piy məhsullarında 17,5 faiz, süd, pendir və yumurtada 16,9 faiz, balıq 14,9 faiz, ət və ət məhsullarında 12,7 faiz, meyvə, tərəvəz və üzümdə isə 13,7 faiz bahalaşma qeydə alınıb. Alkoqollu içkilərdə və tütün məmulatlarında isə 8,3 faiz bahalaşma olub. Ümumi hesablamalara görə isə bu məhsulların qiyməti illik müqayisədə 16,4 faiz artıb.
Nəqliyyat sistemində 20,6 faiz, kommunal xidmətlər üzrə 13,3 faiz qiymət artımı qeydə alınıb. Gürcüstan Milli Bankı ilin sonunda inflyasiyanın 5,2 faiz azalaraq 7 faiz olacağını proqnozlaşdırır.
© Azərtac
Bölməyə aid digər xəbərlər