Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sergey Lavrov: “Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq istəyir”

Baxış: 309
Sergey Lavrov
“Bir sıra ölkələr, o cümlədən Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi statusunun alınmasında maraqlıdır”.
“Sahibkartv.az”ın Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Daşkənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.
“Müşahidəçi, dialoq üzrə tərəfdaş statusuna hələ də bir sıra iddiaçılar var. Bir sıra ərəb ölkələri, Azərbaycan, bir sıra Asiya ölkələri buna maraq göstərir. Sammitə qədər xarici siyasət idarələri səviyyəsində məsləhətləşmələr davam etdiriləcək. Əminəm ki, biz müvafiq tövsiyələri dövlət başçılarına çatdıra biləcəyik”, - S.Lavrov bildirib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.