Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fransa qış mövsümü üçün BƏƏ-dən dizel yanacağı almaq istəyir

Baxış: 288


Fransa qış mövsümü üçün BƏƏ-dən dizel yanacağı almaq istəyir
Fransanın “TotalEnergies” energetika şirkəti qış mövsümü BƏƏ-dən dizel və digər yanacaq növlərinin alınması barədə danışıqlar aparır. Bu məsələ BƏƏ-nin Prezidenti Məhəmməd ben Zeydin Parisə səfəri zamanı müzakirə olunacaq.
“Sahibkartv.az” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Patrik Puyanne Fransa Senatında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, BƏƏ-dən yanacaq tədarükü Rusiyadan tədarükü əvəz etmək məqsədi güdür.
Xatırladaq ki, Rusiya yanacağı “TotalEnergies” şirkətinin Avropada dizel və digər yanacaq növlərinin ümumi idxalının 12%-ni təşkil edir

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.