Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ukrayna polad və dəmir ixracının 50%-ni itirdiyini açıqlayıb

Baxış: 788


Ukrayna Mariupoldakı zavodların itirilməsindən sonra polad və dəmir ixracının 50%-ni itirdiyini açıqlayıb

Ukrayna polad və dəmir ixracının 50%-ni itirdiyini açıqlayıb 


Mariupolun metallurgiya müəssisələri, xüsusən “Azovstal” və “İlyiç” zavodu Ukraynanın polad və dəmir ixracının yarısına qədərini təmin edirdi ki, hazırda da ölkə bunları hazırda itirmişdir. 
Sahibkartv.az xəbər verir ki, bu fikri bazar günü Ukraynanın maliyyə nazirinin müavini Oleksandr Kava bildirib.
"Azovstal"ın və Mariupoldakı "İliç" zavodunun itirilməsindən sonra Ukrayna polad və dəmir ixrac imkanlarının yarısını itirib", - "Strana" qəzeti nazirin sözlərindən sitat gətirib.
Rəsmi şəxsin sözlərinə görə, Ukrayna dəmir filizini emal etmək imkanını da itirib ki, bu da onu emal olunmadan xaricə çıxarmağa məcbur edəcək ki, bu da mənfəətin itirilməsinə səbəb olacaq.
Mariupol Azov dənizinin sahilində ən böyük şəhər, Donbassdakı əsas metallurgiya mərkəzlərindən biri və dəniz limanıdır. Şəhərdə iki böyük qara metallurgiya müəssisəsi - Mariupol İliç adına dəmir-polad zavodu və Azovstal zavodu fəaliyyət göstərir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.