Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Binəli İldırım: "Qara dənizdəki təbii qaz dünyanın ehtiyaclarını 45 il ödəyə bilər"

Baxış: 472
"Qara dənizdəki enerjidaşıyıcıları dünyanın təbii qaz olan ehtiyacını 45 il ərzində təmin edə bilər".
“Sahibkartv.az” “Yenisafak”a istinadən xəbər verir ki, bunu mayın 7-də Türkiyənin keçmiş baş naziri, Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli İldırım bildirib.
“Böyük bir sərvətin üzərindəyik. Qara dəniz sahili boyunca böyük enerji yataqlarına sahibik. Qara dənizdə təbii qaz ehtiyatı 540 milyard kubmetrdir. Bu, hələ başlanğıcdır. Qara dəniz dünyanın təbii qaza olan təlabatını 45 il təmin edə bilər”, - o vurğulayıb.
Qeyd edək ki, Türkiyə 2020-ci ildə Qara dənizdə iri təbii qaz yataqları aşkarlayıb. Ən böyük “Sakarya” yatağının ehtiyatı 400 milyard kubmetrdən artıqdır.
Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz “Kriter" jurnalının may nömrəsinə müsahibəsində bildirib ki, 2023-cü ilin əvvəlində “Sakarya” yatağının istismarı planlaşdırılır: “Sutkada oradan 40 milyon kubmetr qaz hasil ediləcək".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.