Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dünya Bankı qlobal artım proqnozunu aşağı salıb

Baxış: 378
Dünya Bankı Ukrayna müharibəsi səbəbindən bu il üçün qlobal iqtisadi artım proqnozunu aşağı salıb. Böhrana cavab vermək üçün 2023-cü ilin iyun ayına qədər olan dövrü əhatə edəcək 170 milyard dollarlıq paketin aktivləşdirilməsi müzakirə ediləcək.
Dünya Bankı Rusiyanın Ukraynaya hücumundan sonra bu il qlobal iqtisadi artım ilə bağlı proqnozunu aşağı salıb.
Sahibkartv.az xəbər verir ki, Dünya Bankının prezidenti David Malpass qurumun 2022-ci il üçün qlobal artım proqnozunu yanvar ayındaki 4,1 faizdən 3,2 faizə saldığını açıqlayıb.
Rusiya və Ukrayna da daxil olmaqla, Avropa və Mərkəzi Asiya üzrə pisləşən proqnozlar aşağıya doğru reviziyaya səbəb olub. Malpass xatırladıb ki, keçən il dünya iqtisadiyyatı 5,7% artıb.
Dünya Bankının prezidenti bəyan edib ki, yaxın həftələrdə bankın idarə heyətinin iclasında təxminən 170 milyard dollar dəyərində olan yeni 15 aylıq böhran maliyyələşdirmə paketi ilə bağlı müzakirələr aparılacaq. Dünya Bankı Covid-19 pandemiyası zamanı 157 milyard dollar vəsait səfərbər edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.