Day, Month 00, Year
00: 00: 00 AM
Anti-inflyasiya tədbirləri çərçivəsində sahibkarlığa yeni dəstək mexanizmi yaradılır - BAŞ NAZİRDƏN QƏRAR

Anti-inflyasiya tədbirləri çərçivəsində sahibkarlığa yeni dəstək mexanizmi yaradılır.
Sahibkartv.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Nazirlər Kabinetinin 145 № li Qərara dair izahda bildirilir ki, Nazirlər kabinetinin 04 aprel 2022-ci il tarixli 145 nömrəli Qərarı anti-inflyasiya tədbirləri çərçivəsində atılan növbəti addımdır.  Bu Qərarla minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün güzəştli maliyyələşdirmə alətlərinə və məhsullarına dair mexanizmlər yaradılması nəzərdə tutulur.
Mexanizmlər üzrə aşağıdakılar təklif olunur:
1.Güzəştli kredit mexanizmi üzrə
Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci il ərzində minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara əlavə olaraq xammal tədarükü üçün güzəştli maliyyələşmə
2.Kredit faizlərinin subsidiyalaşdırılması üzrə
Maliyyə xərclərinin azalması və nəticə etibarı ilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının maya dəyərinin aşağı salınması məqsədilə həmin sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 2022-ci ildə verilən kreditlər üzrə kredit faizlərinin subsidiyalaşdırılması mexanizminin tətbiqi. 
Mexanizm üzrə şərtlər:
-  Subsidiyanın müddəti:  1 ilədək;
-  Kreditin müddəti:  müddətdən asılı olmayaraq;
-  Kreditin məbləği: 3 milyon manatadək;
-  Kreditin faiz dərəcəsi: faiz dərəcəsindən asılı olmayaraq;
-  Faizin subsidiyası: kredit faizinin 10% bəndinə qədər.
Nəzərdə tutulan şərtlər çərçivəsində 150 milyon manat kredit portfeli üzrə maksimum 15 milyon manat faiz subsidiyasının ödənişi həyata keçiriləcəkdi. 


Tarix: 4-04-2022, 18:59 Oxunub: 155


Bölməyə aid digər xəbərlər