Day, Month 00, Year
00: 00: 00 AM
"Artımdan sonra əmək pensiyasının orta aylıq məbləğinin 385 manata çatacağı proqnozlaşdırılır"

"Pensiyaların indeksləşdirilərək artırılmasından sonra staja görə pensiyaların orta aylıq məbləğinin 360 manata çatması gözlənilir".
Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov deyib.
O bildirib ki, yaşa görə pensiyaların orta aylıq məbləğinin isə 385 manata çatacağı proqnozlaşdırılır.
"Bu artımları sığorta prinsipi ilə pensiya alan şəxslər pensiyalarında müşahidə edəcəklər", - o qeyd edib.
Prezidentin Sərəncamı ilə pensiyaçılara ödəniləcək 200 manatlıq yardımın rüblər üzrə hansı aylarda veriləcəyinə aydınlıq gətirilib.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov bildirib ki, 200 manat yardım hər rüb üzrə 50 manat olmaqla rübün ilk ayının pensiyaları ilə birgə ödəniləcək.
"İlk rübün yardımı isə fevral ayında artımlarla birgə pensiyaçıların hesabına köçürüləcək", - o qeyd edib.


Tarix: 8-02-2022, 13:22 Oxunub: 420


Bölməyə aid digər xəbərlər