Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Köhnə “Şəfa” söküləcəkmi? - ASK-dan AÇIQLAMA

Baxış: 296
Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən köhnə “Şəfa”, indiki “ASK Arena” sökülməyəcək.
Bu barədə Sahibkartv.Az-a stadionun qanuni sahibi olan Azərbaycan Sənaye Korporasiyasından (ASK) məlumat veriblər.
ASK-ın mətbuat katibi Nübar Ələkbərovanın sözlərinə görə, arenanın yeni icarədarının kim olacağı hələ ki bilinmir:
“Keşlə” klubunun bu ildən stadionu tərk edərək Şamaxıya gedəcəyini və orada oyunlarını keçirəcəyini bilirik. Ancaq bununla belə, “ASK Arena” sökülməyəcək. Stadionun yeni icarədarının kim olacağı barədə bizdə məlumat yoxdur”.
Qeyd edək ki, 2017-ci ildən “İnter Arena” adlanan stadion Beynəlxalq Bankdan ASK-ın balansına keçib. 2018-ci ilin iyulun 20-dən stadion “ASK Arena” adlandırılmağa başlayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.