Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Anar Bağırov: “Ölkədə hüquqşünas çatışmır, gənclər müstəntiq yox, vəkil olmaq istəyir” - VİDEO

Baxış: 318
Azərbaycanda hər on min nəfərə neçə vəkil düşür? Vəkillərin sayı yetərlidirmi? Vətəndaşlar vəkillərin fəaliyyətindən razıdırmı? İnsanlar vəkillərin işində daha çox nədən narazı qalır? Son illər neçə vəkil vəkillik fəaliyyətindən məhrum edilib. Vəkil olmaq istəyənlərin sayı niyə durmadan artır? Bölgələrdə vəkil çatışmazlığı, insanların hüquqi məsləhətlərə əlçatanlığını təmin etmək üçün hansı addımlar atılacaq?
Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinin bu suallarını Vəkillər Kollegiyasının sədri Anar Bağırov cavablandırıb.
A.Bağırov ölkəmizdəki vəkillik fəaliyyətinin hazırkı vəziyyətindən, gələcək hədəflərdən danışıb.
Kollegiya sədri bildirib ki, bu gün Azərbaycanda hüquqşünasların sayı olduqca azdır. İstər dövlət orqanlarında, istər özəl sektorda hüquqşünaslara böyük ehtiyac var. A.Bağırov xüsusilə vurğulayıb ki, əvvəllər hüquq mühafizə orqanlarında çalışmaq istəyən gənc hüquqşünaslar indi daha çox vəkil olmağa can atır. Eyni zamanda bəzi dövlət qurumlarında çalışan hüquqşünaslar vəkil kimi fəaliyyət göstərməyə üstünlük verir.
Bu və digər məsələlər ətrafında aparılan maraqlı müzakirənin videoformatını təqdim edirik:[video=]

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.