19:36 / 19-09-2024
17:13 / 19-09-2024
15:51 / 19-09-2024
15:27 / 19-09-2024
15:08 / 19-09-2024
14:27 / 19-09-2024
13:40 / 19-09-2024
10:47 / 19-09-2024
09:43 / 19-09-2024
21:42 / 18-09-2024
18:28 / 18-09-2024
17:59 / 18-09-2024
17:07 / 18-09-2024
16:37 / 18-09-2024
15:46 / 18-09-2024
Qubadlı rayonunda dünən 3 hərbçi yoldaşını avtomatdan atəş açaraq qətlə yetirən Elxan Əzizli saxlanılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, yanvarın 2-də, saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Əvəzli 03 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində Laçın rayonunun Malxələf kəndi ərazisində aşkar olunaraq şübhəli şəxs qismində saxlanılıb.
Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir. İstintaqın gedişatı barədə əlavə məlumat veriləcək.
Bölməyə aid digər xəbərlər