Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Polis şəhidin anım günü tədbirinin çəkilişlərinə mane olub? - AÇIQLAMA

Baxış: 449

Şəmkir rayonu, Seyfəli kəndində şəhid Təbriz Namazovun anım günü polislərin tədbirin çəkilişinə mane törətməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
İddia edilib ki, şəhid ailəsinin istəyi əsasında Şəhidlər xiyabanında anım gününü çəkmək üçün dron gətirilib. Polis dronla çəkiliş aparan şəxsi xidməti avtomobilinə mindirərək bölməyə aparıb. Bu da şəhid ailələrinin, Seyfəli kənd sakinlərinin etirazına səbəb olub.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. 
DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Sahibkartv.az-ın sorğusuna cavab olaraq bildirib ki, ərazidə hərbi-strateji obyektlər olduğu üçün, havadan rəqəmsal (dron) çəkiliş aparmaq qadağandır:
“Çəkiliş məhz buna görə dayandırılaraq, şöbədə həmin şəxslərlə profilaktik söhbətlər aparılaraq, izah edilib”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.