Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gürcüstan Prezidenti azərbaycanlı gənclərlə görüşüb - FOTO

Baxış: 262

Gürcüstanın Prezidenti Salome Zurabişvili “Plüralizm və demokratiya naminə yeni nəsil” forumunun iştirakçıları ilə görüşüb.
“Report” xəbər verir ki, dövlət başçısının Orbeliani sarayında baş tutan görüşündə Gürcüstanın müxtəlif bölgələri ilə yanaşı, Kvemo Kartli regionunu təmsil edən fəal azərbaycanlı gənclər də iştirak edib.
Görüşə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) icraçı direktoru Orxan Pirverdiyev də qatılıb. O, “Report”a açıqlamasında bildirib ki, azərbaycanlı gənclər onları təhsil və digər sahələrdə narahat edən məsələlər barədə danışıblar.
Forumun iştirakçıları daha sonra Gürcüstan parlamentini də ziyarət ediblər. Gənclərlə görüşən Xarici əlaqələr üzrə Komitənin sədri Nikoloz Samxaradze Gürcüstanın xarici siyasətinin prioritetləri, ölkənin Avropa və Avroatlantik strukturlara inteqrasiyası barədə danışıb. Müzakirələr zamanı Cənubi Qafqaz bölgəsində baş verən proseslər və regional təhlükəsizlik məsələləri də nəzərdən keçirilib.
N.Samxaradze bölgədə sülh və sabitliyin təmin olunmasında Gürcüstanın mühüm rolunu vurğulayıb.









Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.