Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa yerləşdirilib

Baxış: 117
Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa yerləşdirilib


Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

O bildirib ki, atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı qızın valideyni yenidən evlənib. Ailədə körpənin dünyaya gəlməsi ilə qızın həyatında ağır günlər başlayıb: “İddialara görə, anası ona çox pis münasibət göstərib və qız, demək olar ki, hər gün zorakılığa məruz qalıb.

Evdə baş verənlərdən narahat olan bibiləri uşağın vəziyyətinin yaxşı olmadığını dəfələrlə görüblər. Onlar anadan uşağa rahatlıq verməsini, ona qarşı zorakılığa son qoymasını istəsələr də, bu cəhdlər nəticəsiz qalıb. Vəziyyətin ciddiliyini və uşağın həyatının təhlükədə olduğunu görən bibiləri aidiyyəti dövlət qurumlarına müraciət ediblər. Müraciətdən sonra dövlət qurumları ailədə araşdırma aparıb və uşağı anasının yanından götürüblər”.

M. Zeynalova qeyd edib ki, uşağın sığınacağa yerləşdirilməsindən sonra da çətinliklər bitməyib. Anasının ona ünvanladığı təhdidlərdən sonra qız yeni həyatına qorxu və narahatlıq içində başlayıb: “Bu gün 14 yaşı olan qız indiyədək məktəbə getmək imkanından məhrum qalıb. İndi isə sığınacaqda ilk dəfə əlifbanı öyrənir, təhsilə başlayır. Yaşadığı ağır hadisələrə baxmayaraq, gülümsəməyi də unutmur”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.