Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Pensiyaların orta aylıq məbləği artıb - FOTO

Baxış: 286

Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin təzahürü olaraq, onlara ödənilən vəsaitlərdə davamlı artım dinamikası mövcuddur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2021-ci ilin yanvar-oktyabr aylarında pensiya təminatı istiqaməti üzrə 3 mlrd. 848 mln. manat vəsait ödənilib ki, bu da keçən ilin eyni dövrünə nisbətən 3,1% və ya 117 mln. manat çoxdur. Pensiyaların orta aylıq məbləği isə 10 % artaraq 331 manat, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 8,5 % artaraq 358 manat təşkil edib.
2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların təyinatı elektronlaşdırılıb. Nəticədə vətəndaşların pensiya hüququ yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, onlara e-sistemlər üzərindən proaktiv şəkildə pensiya təyin edilir. Ötən dövrdə 46 min, o cümlədən 2021-ci ilin 10 ayında 20,3 min şəxsə pensiya təyinatı e-qaydada aparılıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.