Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hesablama Palatası ilk dəfə olaraq YAP-da audit keçirdi - VİDEO

Baxış: 503

Hesablama Palatası ilk dəfə olaraq Yeni Azərbaycan Partiyasında audit həyata keçirib.
Bu barədə APA-ya açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib.
V.Gülməmmədov deyib ki, Hesablama Palatası tərəfindən YAP-ın maliyyə hesabatlarının auditi aparılıb:
“Ümumiyyətlə, siyasi partiyaların auditinin aparılması beynəlxalq səviyyədə ali audit qurumlarının predmetinə daxildir. Azərbaycanda da ilk dəfə bu sahədə audit aparılıb. Auditin predmeti YAP-ın maliyyə hesabatlarının nə dərəcədə doğru-düzgün tərtib edilməsidir. Audit nəticəsində bəzi gəlir və xərclərdə təhrif olunma göstəriciləri müəyyən olunub. Bununla bağlı Hesablama Palatasının Kollegiyasının müvafiq qərarı qəbul olunub, YAP-a göndərilib. Qeyd edim ki, gəlir və xərclərin hesablanması, onların əsaslandırılması ilə bağlı kollegiya qərarında kifayət qədər təklif və tövsiyə var”.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.