
“Sun Food” MMC istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib.
Agentlikdən verilən məlumata görə, müraciət əsasında həmin şirkət tərəfindən istehsal olunan, istifadə müddəti bitmiş və istehlaka yararsız 60 360 kiloqram müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.





































