Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Vətən müharibəsində şəhəri bayraqlarla bəzəyən dərzi - VİDEO

Baxış: 252

Vətən müharibəsində qələbə ardınca qələbə qazanan Azərbaycan Ordusu hər kəsdə böyük ruh yüksəkliyi yaratmaqla sevincimizi birə min artırırdı. Həmin günlər hər kəs dəmir yumruq kimi birləşərək arxa cəbhədə əlindən gələni etməyə çalışırdı. Kimisi cəbhəyə yardımlar edir, kimisi əsgərlərimiz üçün yorğan salır, kimisi də bayraqlar hazırlayıb vətəndaşlara paylayırdı. 
Mingəçevirdə məskunlaşan, əslən Ağdam rayonundan olan Valeh Məmmədov ötən il tikib hazırladığı ən böyük bayraqla yaddaşlarda qaldı. Onun əl işi 16 metr uzunluğunda olan Azərbaycan, ondan bir qədər qısa Türkiyə, üç metrə yaxın uzunluğu olan Pakistan bayraqları Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı doqquzmərtəbəli binanı bəzədi. 65 yaşlı Valeh Məmmədov kiçik məkanda gördüyü böyük işlərlə hər kəsin rəğbətini qazandı.
İndi onun bir arzusu var. Daha böyük ölçülü bayraq tikərək, Ağdamın mərkəzindən asmaq.
Ətraflı süjeti təqdim edirik:

 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.