Day, Month 00, Year
00: 00: 00 AM
Hakan Fidan Bakıya gəlib

11:10 / 18-01-2025

Avropa Mərkəzi Bankından "iqlim dəyişikliyi" çağırışı: Banklar üçün məcburi olmalıdır

Avropa Mərkəzi Bankı, iqlim dəyişikliyi qaynaqlı təhlükələr ilə mübarizə aparmaq üçün Avro bölgəsi bankları üçün hüquqi bir qayda olması lazım olduğunu söyləyib. 
Avropa Mərkəzi Bankında (ECB) idarə heyətinin üzvü Frank Elderson, bankların iqlim dəyişikliyilə gələn təhlükələrə qarşı mübarizə aparmalarının hüquqi çərçivəsinin müəyyən olunmasını istəyib.
Sahibkartv.az xəbər verir ki, Avro bölgəsində fəaliyyət göstərən banklara nəzarət edən ECB, bankların iqlim dəyişikliyindən qaynaqlanan risklərin balanslarına olan təsirini müəyyən etmələrini və bu mənfi təsirləri aradan qaldıracaq planlar hazırlayaraq ictimaiyyətə açıqlamalarını təklif edib.

Elderson, iqlim dəyişikliyinin gətirdiyi təhlükələr ilə mübarizənin banklar üçün hüquqi məcburiyyət olması lazım olduğuna diqqət çəkərək, əks halda bankların müəyyən etdikləri "yüksək hədəflərə" çata bilməyəcəklərini söyləyib.
Ötən illərdə bankların problemli kreditləri balanslarından çıxarması üçün yeni tələblər tətbiq edən ECB, səlahiyyətlərinə müdaxilə etdiyi səbəbiylə Avropa Parlamenti mənsubları tərəfindən tənqid olunmuşdu.  
Qeyd edək ki, iqlim dəyişiklikləri başda kənd təsərrüfatı sektoru olmaqla bir çox sektora mənfi təsir edir, məsələn, əkinlər və məhsullar məhv olur, şirkətlər ziyana məruz qalırlar. Belə bir vəziyyət şirkətlərin kredit ödəmələrini gecikdirmələrinə və problemli kreditlərin artmasına səbəb olur. 


Tarix: 20-10-2021, 16:20 Oxunub: 83


Bölməyə aid digər xəbərlər