Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazir müavini əməkhaqları və pensiyaların artırılmasından DANIŞDI

Baxış: 237
“Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamdan irəli gələrək sosial artımlarla bağlı növbəti iki ay ərzində təkliflər hazırlanmalıdır. Bu artımlar əsasən əməkhaqlarını, əmək pensiyalarını və sosial müavinətləri, eləcə də təqaüdləri və digər sosial ödənişləri əhatə edir”.
Bunu “Report”a açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Onun sözlərinə görə, artımlar genişmiqyaslı olacaq:
“Təxminən 1 milyon 800 min nəfərədək vətəndaşımız bu artımdan yararlana biləcək. Hazırda növbəti ilin dövlət büdcəsinin müzakirəsi gedir. Düşünürük ki, proseslər paralel aparılacaq. Gələn ildən yeni artımların şahidi olacağıq”.
Nazir müavini xatırladıb ki, sosial artımlar 2019 və 2020-ci illərdə də olub:
“Bu artımlar həmin sosial islahatların məntiqi davamı olacaq”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.