Day, Month 00, Year
00: 00: 00 AM
Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirildi - NƏTİCƏSİ


19 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0110003925 ISIN-li, 10 milyon manat həcmində, 2548 gün tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının (DUİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 87.6266 AZN (10%) və 101.6271 AZN (7.2%) olan 16 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN (7.5%), orta ölçülmüş qiyməti 101.2633 (7.2665%) müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 33 milyon 218 min 500 manat, yerləşdirilmiş həcmi isə 9 milyon 579 min manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 10 oktyabr 2028-ciildir.
Hərrac iştirakçıları 20 oktyabr 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeydedək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.


Tarix: 19-10-2021, 15:56 Oxunub: 181


Bölməyə aid digər xəbərlər