Ukrayna Ali Radasının üzvləri Gəncə şəhərinə səfər edərək Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkiblər.Sahibkartv.az-ın yerli bürosunun verdiyi məlumata görə, nümayəndə heyyəti burada dünyasını dəyişmiş sivil insanların ruhuna ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzüblər.
Qonaqlara Vətən müharibəsi zamanı ermənilər tərəfindən Gəncə şəhərində törədilən terror hadisələri ilə bağlı məlumatlar verilib.









































