17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
Füzuli hava limanına beynəlxalq status verilib.
Bu barədə müvafiq qərar Azərbaycanın Baş naziri Əli Əsədov tərəfindən imzalanıb.
Beləliklə, Füzuli hava limanı beynəlxalq uçuşlar üçün açıqdır və Qarabağın turizm potensialının inkişafına töhfə verəcək.
Beynəlxalq statusun verilməsi haqqında qərar Füzulidə yerləşən hava limanında bütün tikinti-quraşdırma işləri başa çatdıqdan sonra qəbul edilib.
Bundan əlavə, hava limanına Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən latın əlifbasının üç hərfindən ibarət FZL kodu verilib. Bu fərdi kod hava limanının yerləşdiyi şəhərin adı - Füzuli ilə bağlıdır.
Hava limanlarının IATA kodları sərnişin daşımaları üçün böyük əhəmiyyət kəsb edir, bu kodlar aviaşirkətlər, aviabilet satışı üzrə agentliklər, biletləri beynəlxalq təxsisetmə sistemləri və s. tərəfindən istifadə olunur. Daha əvvəl Füzuli hava limanına Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən UBBF kodunun verilməsi təsdiq edilib.
Füzuli hava limanı ən yüksək beynəlxalq standart və normalara uyğun tikilib, istənilən növ təyyarəni qəbul etmək imkanına malikdir.
Füzuliyə ilk sınaq uçuşu sentyabrın 5-də həyata keçirilib və AZAL-ın ən böyük sərnişin təyyarəsi - Airbus A340-500 burada eniş icra edib.
Hava limanında ICAO-nun bütün tələblərinə əsasən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə enmə və naviqasiya sistemləri, işıq-texniki, əsas və ikinci dərəcəli radiolokasiya sistemi ilə tam təchiz edilmiş 3000 metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağı istifadəyə verilmişdir. Perronun sahəsi 60 min kvadratmetrdir və 8 hava gəmisinin dayanacağı üçün nəzərdə tutulmuşdur. Avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş hava hərəkətini idarəetmə qülləsinin inşası başa çatmışdır. Bu, Füzuli hava limanına ICAO və IATA standartlarına uyğun uçuşların başlanmasına imkan yaradacaq.
Eyni zamanda, dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam etdirilir.
Füzuli hava limanından əlavə, hazırda Azərbaycanda altı beynəlxalq hava limanı tikilərək fəaliyyət göstərir – Bakıda (GYD), Gəncədə (GNJ), Naxçıvanda (NAJ), Qəbələdə (GBB), Lənkəranda (LLK) və Zaqatalada (ZTU). Sadalanan hava limanlarından başqa, Azərbaycanda Yevlax hava limanı və Abşeronun Zabrat qəsəbəsində yerləşən “ASG Helicopter Services” (ZXT) helikopter aviaşirkətinin bazası aviasiya xidmətləri göstərir.
12:00
Füzuli Hava Limanına beynəlxalq status verilib.
Bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən:
1. Füzuli rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Füzuli Hava Limanına beynəlxalq status verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Füzuli Hava Limanına bu Sərəncamın 1-ci hissəsi ilə beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərsin.
Bölməyə aid digər xəbərlər