17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
Dövlət müstəqilliyimizin bərpasının otuzuncu ildönümü münasibətilə oktyabrın 15-də Ədliyyə Nazirliyi Kollegiyasının videoformatda xüsusi iclası keçirilib.
Bu barədə Ədliyyə Nazirliyi Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tədbiri açan ədliyyə naziri Fikrət Məmmədov 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik tariximizin başlanğıcı olduğunu vurğulayıb, həmin illərdə Parlamentin yaradıldığını, dövlət atributlarının müəyyən edildiyini, ana dilinin dövlət dili elan olunduğunu, vətəndaşlara bərabər hüquqların verildiyini, hüquq sisteminin formalaşdırıldığını qeyd edərək Azərbaycanın dünyada müstəqil dövlət kimi tanındığını diqqətə çatdırıb.
Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun şüurlarda bərqərar etdiyi azadlıq ideyası unudulmamış, 1991-ci ildə xalqımız dövlət müstəqilliyini yenidən bərpa edərək Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan etmişdir. İlk illərdə respublikamızın məruz qaldığı hərbi təcavüz, habelə vətəndaş müharibəsi astanasında olan ölkə daxilində anarxiyanın, hərc-mərcliyin hökm sürməsi xalqımızı yenicə əldə etdiyi müstəqilliyi itirmək təhlükəsi qarşısında qoymuşdu.
Nazir belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, cəsarətli və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən qurtaraq müstəqilliyimizi dönməz və əbədi etdiyini xüsusi qeyd edib. Müstəqilliyimizin Heydər Əliyev dövrü ölkəmizdə qanunçuluğun, ictimai-siyasi sabitliyin bərqərar olması, “Əsrin müqaviləsi”nin imzalanması ilə neft strategiyasının təməlinin qoyulması, demokratik hüquqi dövlət quruculuğunun geniş vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, respublikamızda hərtərəfli, o cümlədən köklü hüquqi islahatların aparılması ilə səciyyələnir.
Tədbirdə Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin, məhz 15 oktyabr 2003-cü il tarixdə keçirilən prezident seçkilərində xalqımızın böyük etimadı ilə ölkə Prezidenti seçildiyi qeyd olunaraq dövlət başçısının son 18 il ərzində müstəqil güclü Azərbaycan dövlətinin hərtərəfli inkişafını, xalqımızın Vətən müharibəsində parlaq qələbəsini təmin etməklə müasir tariximizin qızıl səhifələrini yazdığı vurğulanıb.
Ədliyyə naziri Vətən müharibəsindən sonra ölkəmizin azad edilmiş torpaqlarda aparılan intensiv bərpa-quruculuq işləri ilə dünyanın diqqətini cəlb etdiyini vurğulayaraq, qısa müddətdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı yenidənqurma işlərinin aparıldığını, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsləri ilə bu istiqamətdə mühüm layihələrin gerçəkləşdirildiyini bildirib. Qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə yol-nəqliyyat, enerji, sosial infrastrukturların yenidən qurulması, Ermənistan tərəfindən işğal dövründə tamamilə dağıdılmış tarixi, dini və mədəni abidələrimizin bərpası, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin tətbiqi dövlətimizin qüdrətinin və möhkəm iqtisadi potensiala malik olmasının əyani göstəricisidir.
Eyni zamanda, Vətən müharibəsi şəhidlərinin xatirəsinin və misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə mühüm addımların atıldığı, o cümlədən Anım Günü və Zəfər Gününün təsis edildiyi, Hərbi Qənimətlər Parkının yaradıldığı, Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlinin qoyulduğu qeyd olunub, şəhid ailələrinin və qazilərinin yüksək dövlət qayğısı ilə əhatə olunduğu bildirilib.
Bununla yanaşı, dövlət başçısının qəti iradəsi ilə bütün dünyanı bürüyən COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlər, Azərbaycanın bu qlobal bəla ilə mübarizədə nümunəvi ölkə kimi dəyərləndirilməsi qeyd edilib.
Kollegiyada ölkə Prezidentinin tapşırıqlarından irəli gələn nazirliyin vəzifələrinin icrası müzakirə olunub, ədliyyə işçiləri tərəfindən dövlətimizin başçısının insanlara layiqli xidmət, vətəndaş məmnuniyyəti, şəffaflıq, hər bir məmurun nümunəvi davranışı, həmçinin korrupsiyanın yolverilməzliyi kimi tələbləri daim rəhbər tutulmaqla qanunçuluğa, nizam-intizama və etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyi vurğulanıb, ictimai nəzarətin, maliyyə intizamının gücləndirilməsi, dövlət vəsaitlərindən qənaətlə istifadə edilməsi və s. ilə bağlı tapşırıqlar verilib.
Bölməyə aid digər xəbərlər