22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
ABŞ-ın Minnesota ştatının Minneapolis və Börnsvill (Burnsville) şəhərlərinin rəhbərliyi 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümü münasibətilə soydaşlarımıza bəyannamələr ünvanlayıb.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Minneapolis şəhər meri Ceykob Frey və Burnsville şəhər meri Elizabet Kautzun imzaladıqları sənədlərdə Azərbaycan əsilli amerikalıların Minnesota ştatı cəmiyyətinin fəal üzvləri olduqları, milli müxtəlifliyin, mədəniyyətlərarası qarşılıqlı anlaşmanın təminatına, bu ştatda sülhün inkişafına töhfə verdikləri nəzərə çatdırılıb.
Bəyannamələrdə Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyəti ilə görüşdən sonra ABŞ Prezidenti Vudro Vilsonun “Azərbaycan liderləri azadlıq, hüquq və ədalət konsepsiyalarına yanaşmada mənim ideallarımı bölüşürlər” fikrini söylədiyi, hazırda Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının fəal iştirakçısı olduğu yada salınıb.
Ölkəmizin 1922-ci ildən 1991-ci ilədək SSRİ-nin tərkibində olduğunu və 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyinin Bərpası haqqında Konstitusiya Aktını qəbul etdiyini nəzərə alan merlər 18 oktyabr 2021-ci il tarixini “Minneapolis və Burnsville şəhərlərində” Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü günü" elan ediblər.
Qeyd edək ki, bəyannamələrin təşəbbüskarı Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallis olub.
Bölməyə aid digər xəbərlər