Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda yeni su anbarlarının yaradılmasına başlanılıb

Baxış: 258
“Hazırda Azərbaycandakı 43 aqro parkın 200 min hektara yaxın ərazisi mövcuddur, bunun da 83 min hektarında meliorasiya və su təsərrüfatı işləri aparılıb. Onun isə 60 min hektarı yeni suvarılan sahələrdir”.
Bunu "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov Bakıda Almaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən və su infrastrukturunun davamlı inkişafına həsr edilmiş “Davamlılıq Forumu 2021” tədbirində bildirib.
Bundan başqa, onun sözlərinə görə, “2020-2022-ci illəri əhatə edən Tədbirlər Planı”na uyğun olaraq, 22 suvarma kanalının yenidən qurulmasına, 10 yeni su anbarlarının yaradılmasına başlanılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.