Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Emin Əmrullayev Qızlar Məktəbinin yubileyinə həsr olunmuş tədbirdə iştirak edib - FOTO

Baxış: 280

Təhsil naziri Emin Əmrullayev 120 il əvvəl əsası Hacı Zeynalabdin Tağıyev tərəfindən qoyulmuş Qızlar Məktəbinin yubileyinə həsr olunmuş tədbirdə iştirak edib.
Bu barədə nazir özünün “Facebook” hesabında məlumat yayıb:
“Bu təhsil ocağı Azərbaycanda qızların dünyəvi təhsilinin əsasını qoymuş, bütün müsəlman Şərqində təhsil sahəsində inqilabi hadisəyə çevrilmişdir. 
Qızların təhsili cəmiyyətimizin inkişafı və gələcək nəslin tərəqqisi baxımından həlledici rola malikdir.
Hazırkı dövrdə ölkəmizin təhsil sahəsində qadınlar aparıcı qüvvədir. Bəzi hallarda ictimai rəydə kişi müəllimlərin sayca azlıq təşkil etdiyi xüsusi olaraq vurğulanır. Qızların təhsildən kənarda qalmaması, ali təhsilli xanımlarımızın çoxalması, texniki və fundamental elm sahələrində qadın mütəxəssislərin hazırlanması, qız şagirdlərin olimpiadalarda iştirakı, STEAM və proqramlaşdırma tədrisinə cəlb edilməsi Təhsil Nazirliyinin əsas prioritetlərindəndir.
Bu gün qeyd olunan Beynəlxalq Qızlar Günü münasibətilə bütün qızlarımızı təbrik edir, onlara ölkəmizin inkişafında faydalı vətəndaş olmağı arzulayıram”.







Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.