Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu gün Hadrutun və səkkiz kəndin işğaldan azad olunmasının ildönümüdür - VİDEO

Baxış: 235
9 oktyabr Cəbrayılın 4, Tərtərin 1, Füzulinin 2 və Xocavəndin 1 kəndinin, eləcə də Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür.
Sahibkartv.az xəbər verir ki, ölkə başçısı, müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev bu münasibətlə ötən il “Twitter” hesabı vasitəsilə 9 yaşayış məntəqəsinin işğaldan azad edildiyini bildirən məlumat paylaşıb.
Belə ki, Cəbrayılın Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Tərtərin Çaylı, Füzulinin Yuxarı Güzlək, Gorazıllı kəndləri işğaldan azad edilib. Həmçinin rəşadətli ordumuz uğurla irəliləyərək ilk dəfə Xocavənd rayonundan iki yaşayış məntəqəsini işğaldan azad edə bilib. Belə ki, ermənilər üçün əhəmiyyətli olan Hadrut qəsəbəsi və Sor kəndi işğalçılardan təmizlənib.

 
 
 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.