Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Londonda Anım Günü ilə bağlı məlumatlandırıcı aksiya təşkil edilib - FOTO

Baxış: 275
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Birləşmiş Krallıqda fəaliyyət göstərən Britaniya–Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə London şəhərində 27 sentyabr – Anım Günü ilə əlaqədar məlumat xarakterli aksiya keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, aksiya zamanı üzərində erməni işğalçılarının Qarabağda törətdikləri vandallığa dair fotolar, eləcə də “Azərbaycan müharibə tərəfdarı deyil”, “Erməni işğalçılarının əsl siması”, “Erməni reallıqları”, “Ermənistanın mədəni irsə qarşı terroru- Dağıdılmış rus-ortodoks kilsəsi” ifadələri əks olunan LED ekranlı yük avtomobilinin şəhər daxilində hərəkəti təmin edilib. Beləki, yerli ictimaiyyətin diqqətini erməni terroruna cəlb etmək məqsədi ilə yük avtomobili səhər saat 10:00-dan axşam saat 20:00-a kimi şəhərin Parlament meydanı, Trafalqar meydanı, Kovent bağı, Kensinqton məhkəməsi və Çeniston Bağları marşrutu üzrə hərəkət edib. 






Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.