22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
27 sentyabr-Anım Gününə həsr edilən aksiya Azərbaycan-Nyu York Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Aksiyada Amerika Birləşmiş Ştatlarının Nyu-York, Vaşinqton, Meyn və Texas ştatlarında yaşayan azərbaycanlı icmasının üzvləri iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli BMT-dən, qətnamələrə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atılmasını tələb etdiklərini diqqətə çatdırıb.
Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda həlak olan şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edib, “Şəhidlər ölməz!”, “Şəhidlər heç vaxt unudulmur!”, “Anım Günü!”, “Biz 27 sentyabr Vətən müharibəsi şəhidlərini hörmət və ehtiramla anırıq!”, "Azərbaycana ədalət!", "Qarabağ Azərbaycandır!", “Vətən var olsun”, “Ermənistanın Qarabağ ərazisini minalaması Azərbaycan jurnalistlərinin həyatına son qoydu”, “Bir ildən az müddətdə 160 mülki insan itkisi, 30 günahsız insan ölüb”, “Biz sülh istəyirik!” və sair şüarlar səsləndiriblər.
Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqlarının yanaşı dalğalandırıldığı dinc aksiyada Nyu-York icmasının üzvləri və gənclər çıxış edərək BMT-dən ədalət tələb etdiklərini vurğulayıb, dünya birliyini Ermənistanın haqsız və ədalətsiz mövqe tutan lobbiçilərini dəstəkləməməyə, dövlətlərin ərazi bütövlüyünün müdafiəsinə qalxmağa, separatçı, qondarma rejimlərin hərbi cinayətlərinə şərik olmamağa çağırıblar.
Aksiya zamanı Nyu-York Azərbaycan-Amerika Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlilin rəhbərlik etdiyi ansamblın ifasında həzin musiqilər səslənib.
Bölməyə aid digər xəbərlər