Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda tələbələrə təhsil krediti nə vaxtdan veriləcək? - RƏSMİ

Baxış: 264
“Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlanılacaq”.
Sahibkartv.az-ın  məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.
O bildirib ki, bu il 40 minə qədər tələbəyə təhsil kreditlərinin verilməsi həyata keçiriləcək.
“Təhsil tələbə kreditləri təhsil üçün tamamilə yeni mexanizmdir. Həm bakalavr, həm də magistrlar bu kreditlərdən yararlana biləcək. Sistemin hazırlanması, banklarla müqavilə, sığorta məsələləri artıq həll edilib. Biz bu prosesdə gecikməmişik və oktyabrın əvvəlindən prosesə başlanılacaq”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.