Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ceyhun Bayramov: “Bakının azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən özəl bir gündür”

Baxış: 304
“Şəhidlərimizi dərin hörmətlə anırıq!”
Bu sözləri Xarici işlər naziri Ceyhun Bayramov 15 sentyabr 1918-ci ildə Bakının işğaldan azad edilməsi ilə bağlı “Twitter” səhifəsində etdiyi paylaşımda qeyd edib.
Bildirib ki, 15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi Azərbaycan və Türkiyənin tarixə dayanan qardaşlığını, birliyini, çətin gündə dəstəyini əks etdirən özəl bir gündür.
Xatırladaq ki, bu gün Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 103 il ötür. 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.